Invenia ABUS sistemi süd vəzisi xərçənginin erkən mərhələlərdə qeyri-invaziv, qənaətcil və dəqiq diaqnostikasına imkan verir. Invenia ABUS sistemi avtomatlaşdırılmış ötürücü (sensor) və işçi stansiyadan ibarətdir. Sistemin vizuallaşdırma arxitekturası elə hazırlanıb ki, ötürücünün əllə idarə olunmasından daha çox proqram təminatının imkanlarından istifadə edir. Tam avtomatlaşdırılmış skanlama prosesi, təsvirin avtomatik optimallaşdırılması və operatordan maksimum dərəcədə asılı olmayan prosedur, daha müstəqil və təkrarlana bilən diaqnostikanın aparılmasına şərait yaradır.
Əsas üstünlükləri:
Avtomatlaşdırma: Avtomatlaşdırılmış ötürücü vasitəsilə operatordan asılı olmayan 3D skanlama təmin edilir ki, bu da əllə aparılan müayinə zamanı yarana biləcək xətaları aradan qaldırır.
Sıx süd vəzisi toxumasında effektivlik: Mammoqrafiya sıx toxumalarda xərçəngi gözündən qaçıra bildiyi halda (həssaslıq azaldığı üçün), Invenia ABUS mammoqrafiyaya əlavə olaraq 37% daha çox bədxassəli törəmə aşkar edir.
Yüksək təsvir keyfiyyəti: 3D həcmli skanlama 2 mm qalınlığında koronar kəsiklərin alınmasını təmin edir ki, bu da süd vəzisinin strukturunun qiymətləndirilməsi üçün vacibdir.
Sürət və komfort: Prosedur ağrısızdır (ionlaşdırıcı radiasiya yoxdur), intellektual alətlər isə həkimə təsvirləri orta hesabla 3 dəqiqə ərzində analiz etmək imkanı verir.