“Sarda Pulsar” beynəlxalq elmi konfransda “Voluson Expert 22” aparatını təqdim etdi

9–10 may 2026-cı il tarixlərində “Hilton Baku” otelində mama-ginekologiya və ultrasəs diaqnostikası sahəsində beynəlxalq elmi konfrans — “Baku Advanced Obstetric and Gynecologic Ultrasound Days” keçirilmişdir. Tədbir “SARDA Pulsar” və “GE HealthCare” şirkətlərinin dəstəyi ilə baş tutmuşdur.

İki gün davam edən konfrans çərçivəsində iştirakçılar fetal tibb, prenatal diaqnostika və ginekoloji ultrasəs sahəsində ən son elmi yeniliklərlə tanış olmuş, klinik təcrübələr, müasir yanaşmalar və real klinik halların müzakirələrində iştirak etmişlər.

Konfrans çərçivəsində GE HealthCare şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olan “SARDA Pulsar” tərəfindən “Voluson Expert 22” aparatının canlı ultrasəs təqdimatları keçirilmişdir. Təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir mama-ginekoloqlar, radioloqlar və ultrasəs mütəxəssisləri üçün beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar biliklərini genişləndirmək baxımından mühüm platforma olmuşdur.

Next
Next

GE HealthCare və “Sarda Pulsar” strateji tərəfdaşlığına başlayır