“Sarda Pulsar” şirkəti “Baku Forever 1 – Modern Gynecology Congress” konqresində sponsorlardan biri qismində çıxış edib.

3–5 iyul 2026-cı il tarixlərində “Hilton Baku” otelində keçirilən elmi-praktik konqres müasir ginekologiyanın aktual mövzularına həsr olunub. Tədbirdə ölkədən və xaricdən dəvət olunmuş aparıcı mütəxəssislər bir araya gələrək endometrioz, reproduktiv tibb, elektrocərrahiyyə və estetik ginekologiya sahələrində ən son elmi yenilikləri, innovativ yanaşmaları və cərrahi təcrübələri müzakirə ediblər.

Tədbir çərçivəsində “GE HealthCare” şirkətinin llinik təlim üzrə aparıcı mütəxəssisi, fəlsəfə doktoru Anton Baranov çıxış edərək şirkətin ən müasir ultrasəs diaqnostikası sistemləri, onların üstünlükləri və innovativ texnologiyaları barədə iştirakçılara ətraflı məlumat verib.

Konqres çərçivəsində “Sarda Pulsar” eləcə də müasir ultrasəs diaqnostikası sahəsində ən qabaqcıl həllərdən biri olan “Voluson Expert 22” cihazını nümayiş etdirib. Yüksək görüntü keyfiyyəti və innovativ texnologiyaları ilə seçilən bu sistem iştirakçıların böyük marağına səbəb olub və qadın sağlamlığı sahəsində dəqiq diaqnostikanın imkanlarını əyani şəkildə təqdim edib.

Qeyd edək ki, “Sarda Pulsar” dünya şöhrətli “GE HealthCare” şirkətinin Azərbaycandakı rəsmi distribüteridir.

Previous
Previous

“Sarda Pulsar” şirkəti “GE HealthCare” nümayəndələri ilə birgə həkimlər üçün master-klass keçirib.

Next
Next

“Sarda Pulsar” beynəlxalq elmi konfransda “Voluson Expert 22” aparatını təqdim etdi