SARDA Pulsar İspaniyada keçirilən “Ultrasound Forward 2026” konfransında iştirak edib

“GE HealthCare” şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan “SARDA Pulsar” şirkətinin nümayəndələri İspaniyada keçirilən beynəlxalq “Ultrasound Forward 2026” konfransında iştirak ediblər.

Konfrans çərçivəsində “SARDA Pulsar” komandası “GE HealthCare” şirkətinin ən yeni avadanlıq modelləri, texnoloji yenilikləri və imkanları ilə tanış olub, həmçinin şirkətin əsas məhsul istiqamətləri üzrə yeni ultrasəs sistemlərinin təqdimatlarını dinləyib.

Tədbir çərçivəsində komanda həmçinin “GE HealthCare” şirkətinin aparıcı rəy liderləri ilə bir sıra məhsuldar müzakirələr edərək, digər ölkələrdən olan tərəfdaşlar və distribütorlarla fikir və təcrübə mübadiləsi aparıb.

İşgüzar səfər peşəkar əlaqələrin möhkəmləndirilməsi, ultrasəs texnologiyaları sahəsində ən son yeniliklər barədə məlumat əldə edilməsi və “SARDA Pulsar” şirkətinin “GE HealthCare” ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli imkan yaradıb.

Next
Next

“Sarda Pulsar” şirkəti “GE HealthCare” nümayəndələri ilə birgə həkimlər üçün master-klass keçirib.