“Sarda Pulsar” şirkəti “GE HealthCare” nümayəndələri ilə birgə həkimlər üçün master-klass keçirib.
“GE HealthCare” şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan “Sarda Pulsar” brendin nümayəndələri ilə birgə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkimləri üçün master-klass təşkil edib.
Tədbir çərçivəsində “GE HealthCare” nümayəndələri tərəfindən şirkətin müasir diaqnostika sahəsində təqdim etdiyi qabaqcıl texnologiyalar və innovativ həllər haqqında ətraflı təqdimatlar keçirilib.
Master-klass zamanı “GE HealthCare” in qadın sağlamlığı sahəsində flaqman ultrasəs sistemi olan “Voluson Expert 22” nümayiş etdirilib. İştirakçılar cihazın klinik imkanları, innovativ funksiyaları və gündəlik tibbi praktikada tətbiqi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
“Sarda Pulsar” tibbi mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək, qabaqcıl tibbi texnologiyaların tətbiqini təşviq etmək və səhiyyə sahəsində beynəlxalq təcrübənin paylaşılmasına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.