Barselonada təşkil olunan "Ultrasound Forward 2026" beynəlxalq konfransında ultrasəs diaqnostikası sahəsində ən son texnoloji yeniliklər sırasında eləcə də yeni nəsil "LOGIQ" ultrasəs sistemləri təqdim olunub.
Nümayiş olunan "LOGIQ" ailəsi qabaqcıl görüntüləmə texnologiyalarını, süni intellekt əsaslı avtomatlaşdırma imkanlarını və rəqəmsal həlləri bir araya gətirir. Bu sistemlər müxtəlif klinik sahələrdə diaqnostik dəqiqliyin artırılmasına, müayinə prosesinin optimallaşdırılmasına və həkimlərin gündəlik işinin daha səmərəli təşkilinə yönəlib.
* Diaqnostikada ilk andan etibarən dəqiqlik
* İş prosesinə uyğunlaşan sürətli müayinə
* Həkimlərin etibar edə biləcəyi texnologiya
Tədbirdə "SARDA Pulsar" şirkətinin nümayəndələri də iştirak edərək USM sahəsində yeniliklər və "GE Healthcare" brendinin yeni modellər ilə yaxından tanış olublar.
"Ultrasound Forward 2026" beynəlxalq konfransı qabaqcıl tibbi görüntüləmə texnologiyaları ilə tanışlıq, yeni innovasiyaların müzakirəsi və beynəlxalq tərəfdaşlığın inkişafı baxımından mühüm platforma olub.